Son dəqiqə

Türkiyə Suriya Hakan Fidan

Suriyada YPG-yə qarşı əməliyyat keçirilməlidir- Fidan

Bakı, TurkicWorld

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan PKK/YPG terror təşkilatlarına qarşı qətiyyətli mübarizənin davam edəcəyini və bu mübarizədə yolun sonunun artıq göründüyünü bildirib.

TurkicWorld xəbər verir ki, Fidan İstanbulda yerli və beynəlxalq media nümayəndələri ilə görüşündə Suriyada YPG ilə bağlı çıxış edərək, bu məsələnin Türkiyə üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Fidan, həmçinin, "Ya biz, ya da yeni rəhbərlik Suriyada YPG-yə qarşı əməliyyat keçirəcək" - deyə bildirib.

Türkiyənin Suriya ilə əlaqələri və bu ölkədəki yenidənqurma səylərinə də toxunan Fidan, ölkəsinin Suriya xalqı üçün daha yaxşı bir gələcək qurmağa çalışdığını və bu istiqamətdə fəaliyyət göstərdiyini bildirib.

O, həmçinin, Fələstin məsələsinə də önəm verərək, Türkiyənin Fələstin xalqı ilə birlikdə olduğunu, İsrailin siyasətinə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.

Fidan, İŞİD və PKK ilə də mübarizəni davam etdirəcəklərini qeyd edib, terrorizmə qarşı mübarizənin Avropa və Amerika ilə bərabər aparıldığını bildirib. O, həmçinin İraq ilə olan əlaqələrin də gücləndirilməsini vurğulayıb və bu ölkənin sabitliyinin Türkiyə üçün olan əhəmiyyətini qeyd edib.

Mövzuya görə xəbərlər