Son dəqiqə

Türkiyə Bayraktar TB2

Bayraktar TB3 102-ci uçuş testindən keçib

Bakı, TurkicWorld

BAYKAR şirkətinin istehsalı olan Türkiyənin milli və yerli silahlı pilotsuz uçuş aparatı (SİHA) Bayraktar TB3 artıq 102-ci uçuş testini də uğurla tamamlayıb.

TurkicWorld xəbər verir ki, BAYKAR Texnologiya Şurasının rəhbəri Selçuk Bayraktar, sosial media hesabında TB3-ün son sınaq uçuşunun görüntülərini paylaşıb.

Məlumatda bildirilir ki, Prototip 1 bu dəfə Orta Hündürlük Sisteminin Müəyyənləşdirilməsi və Performans Testi çərçivəsində uçuşa çıxıb və sınaq uğurla başa çatıb.

Bayraktar TB3 uçuşdan sonra eniş zolağına təhlükəsiz şəkildə eniş edib.

Qeyd edək ki, Bayraktar TB3 SİHA dünyanın ilk qatlana bilən qanad quruluşuna malik silahlı pilotsuz uçuş aparatı kimi fərqlənir. Bu xüsusiyyət sayəsində qısa uçuş-enmə zolağına malik gəmilərdən, xüsusilə də TCG Anadolu gəmisindən qalxıb enə bilir.

Bu unikal dizayn Bayraktar TB3-ə məhdud məkan şəraitində belə effektiv əməliyyat aparmaq imkanı verir.

BAYKAR-ın məlumatına görə, Bayraktar TB3 həm kəşfiyyat, həm də döyüş missiyalarını həyata keçirmək qabiliyyətinə malikdir.

Mövzuya görə xəbərlər