Son dəqiqə

Türkiyə Özbəkistan

Özbəkistan və Türkiyə arasında strateji əlaqələr təhlil edilib

Bakı,TurkicWorld

Özbəkistan Respublikasının paytaxtı Daşkənddə “Özbəkistan və Türkiyə arasında strateji münasibətlərdə gələcəyə ümumi perspektiv” mövzusunda tədbir keçirilib.

TurkicWorld xəbər verir ki, tədbirdə Özbəkistan Prezident Administrasiyasının nümayəndələri, iki ölkənin nazirlik və idarələrinin rəhbərləri, aparıcı politoloqlar, ekspertlər Özbəkistan və Türkiyə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün bir araya gəliblər.

Tədbirdə Türkiyənin təcrübəsi və texnologiyasının öyrənilməsi və təhlili, Özbəkistan mütəxəssislərinin ixtisaslarının artırılması, resurs və investisiya mühitinin üstünlüyü barədə fikir və təcrübə mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər