Son dəqiqə

Türkiyə Özbəkistan Türk dövlətləri

İstanbulda Özbəkistan-Türkiyə biznes forumu keçirilir

Bakı,TurkicWorld

Bu gün Türkiyənin İstanbul şəhərində Özbəkistan-Türkiyə tekstil biznes forumu keçirilir.

TurkicWorld xəbər verir ki, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatası, “Uztoqimaliksanoat” birliyi, Türkiyə ixracatçılar birliyi ilə birgə təşkil olunan bu tədbirdə 100-ə yaxın sahibkar iştirak edir.

Forum çərçivəsində Özbəkistan və Türkiyə işgüzar dairələrinin nümayəndələrinin B2B görüşləri də keçiriləcək.

Qeyd edək ki, hal-hazırda Özbəkistanda türk sərmayəsinin iştirakı ilə 100 müəssisə fəaliyyət göstərir və onların ixrac dəyəri 500 milyon dollardır.

Mövzuya görə xəbərlər