Son dəqiqə

Türkiyə Özbəkistan

Özbəkistan-Türkiyə biznes forumu keçiriləcək

Bakı,TurkicWorld:

Iyunun 3-də İstanbulda Türkiyə Tikinti Materialları Müəssisələri Assosiasiyası, Özbəkistan Ticarət və Sənaye Palatası birgə tikinti materialları üzrə Özbəkistan-Türkiyə biznes forumu keçiriləcək.

TurkicWorld xəbər verir ki, Forumun təşkilində məqsəd türk investorlarını və tikinti materialları sahəsində əsas brendləri Özbəkistana cəlb etmək, yeni növ tikinti materiallarına yiyələnmək və şəbəkədə investisiya layihələrinin çəkisini artırmaqdır.

Forumda Türkiyə dövlətinin tikinti materiallarının ixrac-idxal göstəriciləri, yeni məhsul növləri, bu istiqamətdə əldə olunan elmi nailiyyətlər barədə mühazirələr oxunması planlaşdırılır.

Tədbirdə həmçinin Özbəkistanın tikinti materialları sənayesinin inkişaf perspektivləri, tələbat və onun əhatə dairəsi, xammal ehtiyatları, investisiya mühiti ilə bağlı təqdimatlar olacaq.

Mövzuya görə xəbərlər