TDT Baş katibi ÜST-nin baş direktoru ilə görüşüb

TDT Baş katibi ÜST-nin baş direktoru ilə görüşüb

Bakı. TurkicWorld:

Cenevrədə "Türk Həftəsi" çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omurəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru doktor Tedros Adhanom Ghebreyesus ilə görüşüb.

TurkicWorld xəbər verir ki, görüş zamanı hər iki tərəf fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi, səhiyyə sistemlərinin gücləndirilməsi, hamı üçün sağlam həyat və rifahın təmin edilməs üçün əlverişli mühitin yaradılması istiqamətində konstruktiv müzakirələr aparıb.

Bundan əlavə, Dr. Tedros Adhanom Ghebreyesus Lionda yerləşən ÜST Akademiyasının yaradılmasını barədə məlumat verib və TDT-nin fəaliyyətinə, o cümlədən potensialın gücləndirilməsi proqramlarına dəstək verməyə hazır olduğunu bildirib.

Tərəflər beynəlxalq dialoqun və əməkdaşlığın təşviq edilməsində davamlı öhdəliklərini də vurğualyıb.

X: Lamanasadli01