Son dəqiqə

Türkiyə Türkmənistan Rəşid Meredov Hakan Fidan

Hakan Fidan və Rəşid Meredov arasında telefon danışığı olub

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan və Türkmənistanın Xarici işlər naziri Rəşid Meredov arasında telefon danışığı olub.

TurkicWorld-un məlumatına görə, danışıqlar zamanı tərəflər Türkmənistan-Türkiyə əməkdaşlığının mühüm məsələlərini müzakirə ediblər. Ən yüksək dövlət səviyyəsində əldə edilmiş ikitərəfli razılaşmaların praktiki həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Türkmənistan və Türkiyənin xarici işlər nazirləri müntəzəm siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, oktyabr ayında Türkmənistana rəsmi səfər edib. Bu səfər zamanı iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2024-2025-ci illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər