Türkmənistan-Türkiyə əməkdaşlığının gücləndirilməsini hədəfləyirik - Berdiməhəmmədov

Türkmənistan-Türkiyə əməkdaşlığının gücləndirilməsini hədəfləyirik - Berdiməhəmmədov

Bakı. TurkicWorld:

Türkmənistan-Türkiyə arasında fərqli sahələrdə əməkdaşlığın gücləndirilməsini hədəfləyirik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov deyib.

Berdiməhəmmədov Rəcəb Tayyib Ərdoğanla Türkmənistanın təbii qazının və elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə nəqlini müzakirə etdiklərini bildirib.

“Türkiyə və Türkmənistan arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələri ilə bağlı, mühüm regional və beynəlxalq məsələləri müzakirə etdik. Türkmənistanın təbii qazı və elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə ötürülməsi ilə bağlı fikir mübadiləsi apardıq. Biz qərara gəldik ki, tranzit sahəsində sıx əməkdaşlığın dərinləşdirilməsi iki ölkə arasında ticarətin inkişafında mühüm əhəmiyyət kəsb edir.” – deyə Berdiməhəmmədov bildirib.

O qeyd edib ki, nəqliyyat sektorunda birgə işlərin daha səmərəli olması üçün lazımi işlərin görülməsi razılaşdırılıb.

Hafiz Rufizoğlu