Son dəqiqə

Azərbaycan Qarabağ Şimali Kipr Türk Respublikası Ünal Üstel

Azərbaycanın Qarabağdakı haqq işini dəstəkləyirik - KKTC Baş naziri

Bakı. TurkicWorld:

Azərbaycanın Qarabağdakı haqq işini dəstəkləyirik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Şimali Kipr Türk Respublikasının baş naziri Ünal Üstel deyib.

"Azərbaycanlı qardaşlarımızın dərdini və sevincini hər zaman paylaşırıq. Biz daim Azərbayvcanın yanındayıq və onun Qarabağdakı haqq işini dəstəkləyirik. Biz istəyirik ki, Azərbaycanla turizm, təhsil, iqtisadiyyat və mədəni fəaliyyətlərdə daha çox bir araya gələk. Azərbaycanın Şimali Kiprin tanınması istiqamətində atdığı addımlar, ölkəmizin dünyada öz yerini tutması baxımından çox əhəmiyyətlidir",- deyə baş nazir bildirib.

Ünal Üstel Türkiyə ilə əlaqələrin möhkəmliyindən danışarkən vurğulayıb ki, bizə qoyulan bütün təcrid və embarqolara baxmayaraq, Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlığımız gündən-günə artır.

"Türkiyə ilə imzaladığımız maliyyə əməkdaşlıq protokolları ilə ölkəmizin ehtiyac duyduğu yenilənmə - infrastruktur, xəstəxana və məktəb layihələri Türkiyə Respublikası tərəfindən həyata keçirilir. 2016-cı ildə biz "Əsrin Su Layihəsi"ni həyata keçirmişik. İndi isə biz elektrik enerjisinin kabellə Türkiyə Cümhuriyyətindən gətirilməsi üçün ikinci "Əsrin layihəsi"ni həyata keçiririk",- deyə KKTC baş naziri əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər