Son dəqiqə

Özbəkistan Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı Kubanıçbek Ömüraliyev

TDT baş katibi prezident seçkilərində qələbəsi münasibətilə Şavkat Mirziyoyevə təbrik məktubu göndərib

Bakı. TurkicWorld:

Türk Dövlətləri Təşkilatı baş katibi Kubanicbek Omuraliyev prezident seçkilərində qələbəsi münasibətilə Şavkat Mirziyoyevə təbrik məktubu göndərib

TurkicWorld-un məlumatına görə, Omuraliyev məktubda təbriklərini və sülh arzularını çatdırıb.

“Seçkilərin Özbəkistan xalqının siyasi dəyərlərə sadiqliyini, cəsarətini və artan səmərəliliyini bir daha göstərib. Səsvermənin nəticələri Prezident Mirziyoyevin rəhbərliyi altında Yeni Özbəkistanda aparılan islahatlara xalqın tam dəstəyidir.” – deyə o qeyd edib

Mövzuya görə xəbərlər