Bakı. TurkicWorld:
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi səfir Kubanıçbek Ömüralıyev Budapeştdə Macarıstanın Xarici İşlər və Ticarət Naziri Peter Siyarto ilə görüşüb.
TurkicWorld xəbər verir ki, nazir Siyarto TDT-nin Budapeştdəki Nümayəndəliyinin fəaliyyəti, Nümayəndəlik çərçivəsində yaradılmış Quraqlığın Qarşısının Alınması İnstitutunun fəaliyyətə başlaması, Türk İnvestisiya Fondu və Macarıstanın fondda perspektiv üzvlüyü, iyulun əvvəlində başlayacaq Macarıstanın Aİ-də sədrliyi və Macarıstan Xarici İşlər Nazirliyi ilə TDT arasında həmin dövrdə TDT-Aİ əlaqələrini genişləndirmək üçün Birgə İş Planı kimi məsələlər barədə məlumat verib.
Baş katib Macarıstanın 2018-ci ildə TDT-də müşahidəçi statusu almasından sonra ikitərəfli və çoxtərəfli əlaqələrin yaxınlaşması və əməkdaşlığın genişləndirilməsi öhdəliyindən türk dövlətlərinin məmnunluğunu vurğulayıb.
O, qarşıdan gələn yüksək səviyyəli görüşlər və tədbirlər, o cümlədən ilk növbədə 2024-cü ilin iyulunda Azərbaycanda çağırılacaq Şuşada keçiriləcək qeyri-rəsmi sammitə və 2024-cü ilin oktyabrında Bişkekdə keçiriləcək 11-ci TDT Sammitinə hazırlıq barədə məlumat verib.