Adana Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 3 milyona yaxın artıb (ÖZƏL)

Adana Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 3 milyona yaxın artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin sentyabr ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 22 faiz artaraq, 2 milyon 914 min 292 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 15 faiz artaraq 2 milyon 419 min 960 nəfər, beynəlxalq reyslər üzrə isə 76 faiz artaraq 494 min 332 nəfər təşkil edib.

Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 34 min 397 ton təşkil edib. Bununla yanaşı, sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 25 min 43 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 14 faiz artaraq, 9 min 354 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq, 33 min 714 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 22 faiz artaraq 28 min 575, beynəlxalq reyslər üzrə isə 90 faiz artaraq 5 min 139 olub.

2022-ci ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 137 milyon 699 min 717 nəfər, yük dövriyyəsi isə 3 milyon 5 min 299 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.