Son dəqiqə

Türkiyə hava limanları Adnan Menderes Hava Limanı

Adnan Menderes Beynəlxalq Hava Limanının yük dövriyyəsi artıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin sentyabr ayında Türkiyənin İzmir şəhərində yerləşən Adnan Menderes Beynəlxalq Hava Limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artaraq 109 min 256 ton təşkil edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 56 min 776 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 89 faiz artaraq, 52 min 480 ton təşkil edib.

Bu ilin sentyabr ayında hava limanına gələn sərnişinlərin sayı 2021-ci ilin eyni dövrünə nəzərən 39 faiz artaraq, 7 milyon 604 min 939 nəfər olub. Bununla yanaşı, 2022-ci ilin sentyabr ayında daxili reyslər üzrə sərnişin dövriyyəsi 10 faiz artaraq 4 milyon 581 min 615 nəfər, beynəlxalq reyslər üzrə isə 1,3 dəfə artaraq 3 milyon 23 min 324 nəfər təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz artaraq, 53 min 683 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 2 faiz artaraq 32 min 13, beynəlxalq reyslər üzrə isə 96 faiz artaraq 21 min 670 olub.

2022-ci ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 137 milyon 699 min 717 nəfər, yük dövriyyəsi isə 3 milyon 5 min 299 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Mövzuya görə xəbərlər