Bakı. TurkicWorld:
2024-cü ilin aprel ayında Türkiyənin Ankara Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq, 3 milyon 943 min 615 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 22 faiz artaraq 3 milyon 24 min 717 nəfər, beynəlxalq reyslər üzrə isə 55 faiz artaraq 918 min 898 nəfər təşkil edib.
2024-cü ilin aprel ayında hava limanının yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 36 min 523 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 22 min 666 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 37 faiz artaraq, 13 min 857 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin aprel ayı ilə müqayisədə 16 faiz artaraq, 30 min 489 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz artaraq 22 min 919, beynəlxalq reyslər üzrə isə 43 faiz artaraq 7 min 570 olub.
Bu ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 61 milyon 818 min 685 nəfər, yük dövriyyəsi isə 1 milyon 373 min 395 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük dövriyyəsi isə 4 milyon 211 min 507 ton təşkil edib.