Son dəqiqə

Türkiyə hava limanları Esenboğa Hava Limanı

Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı 6 milyonu ötüb (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin sentyabr ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 27 faiz artaraq, 6 milyon 375 min 292 nəfər olub.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 20 faiz artaraq 4 milyon 930 min 497 nəfər, beynəlxalq reyslər üzrə isə 61 dəfə artaraq 1 milyon 444 min 795 nəfər təşkil edib.

Bu ilin sentyabr ayında hava limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artaraq 72 min 53 ton təşkil edib. Bununla yanaşı, sentyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 43 min 906 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 45 faiz artaraq, 27 min 147 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq, 53 min 115 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq 39 min 924, beynəlxalq reyslər üzrə isə 34 faiz artaraq 13 min 191 olub.

2022-ci ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 137 milyon 699 min 717 nəfər, yük dövriyyəsi isə 3 milyon 5 min 299 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.

Mövzuya görə xəbərlər