Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə hava limanları Antalya Beynəlxalq Hava Limanı sərnişin təyyarələri Türkiyə daxili və beynəlxalq yük daşımaları Hava yük daşımaları Sərnişin rekordu Sərnişin sayı Hava limanlarında yüksək texnologiya hava limanında sərnişin rekordu

Antalya hava limanında sərnişin axını artdı, beynəlxalq göstərici gerilədi (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 1 milyon 74 min 277 nəfər olub.

Bu barədə TurkicWorld -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 11 faiz artaraq, 547 min 435 nəfər, beynəlxalq reyslər üzrə isə 0,5 faiz azalaraq 526 min 842 nəfər təşkil edib.

2026-ci ilin yanvar ayında hava limanının yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 10 min 292 ton təşkil edib. Bununla yanaşı, 2026-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq, 4 min 825 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 7 faiz artaraq, 7 min 467 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2026-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2025-ci ilin yanvar ayı ilə müqayisədə 1 faiz azalaraq, 7 min 915 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 0,2 faiz azalaraq, 3 min 885, beynəlxalq reyslər üzrə isə 2 faiz azalaraq 4 min 30 olub.

2026-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 17 milyon 773 min 67 nəfər, yük daşınması isə 401 min 866 ton təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.

Mövzuya görə xəbərlər