Son dəqiqə

Yaxın Şərq IEA Hörmüz boğazı Aviasiya yanacağı Avropa enerji tədarükü ABŞ-İsrail–İran müharibəsi Avropada enerji çatışmazlığı Avropa aviasiya yanacağı Enerji tədarükü azalması Aviasiya yanacağı bazarı Avropa yanacaq tədarükü Avropa enerji krizisi IEA xəbərdarlığı

Beynəlxalq Enerji Agentliyi :Avropa Yaxın Şərqdən aviasiya yanacağı idxalını əvəz etməkdə çətinlik çəkir

BAKI,TurkicWorld Yusif Şərifzadə

Beynəlxalq Enerji Agentliyi bildirib ki, Avropanın Yaxın Şərqdən aldığı aviasiya yanacağı tədarükü aprel ayında kəskin azalıb və region bu boşluğu kompensasiya etməkdə çətinlik çəkir.

TurkicWorld xəbər verir ki, aprel ayında Avropaya gələn jet yanacağı həcmi mart ayı ilə müqayisədə kəskin şəkildə azalarak gündə 60 min barrelə düşüb. Bu azalma ABŞ–İsrail–İran müharibəsi və Hörmüz boğazında yaranan faktiki məhdudiyyətlər fonunda Körfəz regionundan tədarükün zəifləməsi ilə əlaqələndirilir.

Aylıq hesabatda qeyd olunur ki, idxaldan asılı regionlar, xüsusən Avropa, itirilmiş həcmin ən azı 80 faizini əvəz etməlidir ki, yay aylarında tədarük çatışmazlığı yaranmasın. Lakin Avropanın ümumi xalis idxalı yalnız 70 faiz təşkil edib.

Beynəlxalq Enerji Agentliyinin ekspertləri, bu tendensiyanın davam etməsi halında, yay mövsümündə aviasiya yanacağı bazarında ciddi gərginliklərin baş verə biləcəyini bildirir.

Mövzuya görə xəbərlər