BAKI,TurkicWorld
Üç günlük güclü artımdan sonra bu gün, çərşənbə günü neft qiymətlərində geriləmə müşahidə olunub. Eyni zamanda, investorların ABŞ Prezidenti Donald Tramp və çinli həmkarı Si Cinpin arasında Pekində keçiriləcək mühüm zirvə görüşünü gözləməsi fonunda qızıl qiymətləri sabit qalıb.
TurkicWorld xəbər verir ki, bazardakı bu dinamika həm də İrandakı müharibə və Hörmüz boğazının bağlanması ilə bağlı davam edən gərginliklər fonunda baş verir.
Beləki, Brent markalı neftin fyuçersləri 1,35% azalaraq bir barel üçün 106,33 dollara düşüb. WTI (ABŞ-ın Qərbi Texas nefti) fyuçersləri də oxşar templə azalaraq bareli 100,83 dollar səviyyəsində qərarlaşıb. Qiymətli metallar bazarında investorların ehtiyatlı davranışı müşahidə olunur.
Qızılın spot qiyməti bir unsiya üçün 4712,39 dollar səviyyəsində sabit qalıb. ABŞ-ın iyun tədarüklü qızıl fyuçersləri isə 0,7% artaraq 4721,80 dollara çatıb.
Pekində keçiriləcək Tramp-Si Cinpin görüşünün nəticələri və Hörmüz boğazındakı vəziyyət dünya bazarlarında qiymətlərin gələcək istiqamətini müəyyən edən əsas amillər olaraq qalır.







