Bakı, TurkicWorld
Avropada Tesla avtomobil satışları yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz azalıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) yanvar ayı üçün Avropa ölkələrində avtomobillərin yeni qeydiyyat məlumatlarını açıqlayıb.
Məlumatlara görə, amerikalı milyarder İlon Maska məxsus Tesla şirkətinin avtomobil satışları Avropa ölkələrində xeyli azalıb.
Belə ki, ötən ilin yanvar ayında 18 161 ədəd olan Tesla satışları bu ilin eyni dövründə 45,2 faiz azalaraq 9 945 ədəd olub.
Bazar dəyəri 1 trilyon dolları keçən və qlobal avtomobil sənayesindəki digər böyük şirkətlərin ümumi dəyərinə çatan Teslanın son dövrlərdə Avropa ölkələrində satışları azalır.
İlon Maskın ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində etdiyi və internetdə nasist salamına bənzətdiyi əl jesti, Almaniyada ifrat sağçı siyasətçilərə açıq dəstək verməsi və İngiltərə siyasətinə qarışması kimi mübahisəli davranışlarıı avropalıların şirkətdən uzaqlaşmasına səbəb olur.
Tesla satışları hazırda demək olar ki, bütün Avropa ölkələrində, xüsusilə Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada sürətlə azalır.







