İstanbulda yeni metro xətləri istifadəyə veriləcək – Nazir

İstanbulda yeni metro xətləri istifadəyə veriləcək – Nazir

İstanbulda yeni metro xətləri istifadəyə veriləcək, TurkicWorld–un məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bildirib.
O qeyd edib ki , yeni metro xətləri bu ilin iyun ayından etibarən istifadəyə veriləcək.
“Sabiha Gökçen metro xətti iyun ayında istifadəyə veriləcək, Başakşehir Çam və Sakura Xəstəxanası metro xətləri isə önümüzdəki 18 ay ərzində vətəndaşların istifadəsinə veriləcək”-deyə o bildirib.

Nazirin sözlərinə görə, bununla yanaşı Kazlıçeşme-Sirkeci dəmir yol xətləri layihələndirilir və Sirkeci metro stansiyasını yenidən bərpa ediləcəyi nəzərdə tutulub.
Karaismayıloğlu onu da əlavə edib ki, bütün sözügedən layihələr 2023-cü ildə başa çatdırılacaq.

“Biz nəqliyyat layihələrini əvvəlcədən planlaşdırırıq” - deyə nazir qeyd edib.