Bakı. TurkicWorld:
Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) millətvəkili Ahmet Kaya Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğluna qarşı təxribat törədib.
TurkicWorld xəbər verir ki, hadisə Trabzon Jurnalistlər Cəmiyyətinin mükafatlandırma mərasimində baş verib.
“İqtidardakı son həftənizdə işlərinizi yerinə yetirməyinizi tövsiyə edirəm. 14 may seçkilərində biz qalib gələcəyik.” - deyə Kaya bildirib.
Buna cavab olaraq nazir Karaismailoğlu isə bu mərasimin siyasi toplantı olmadığını bildirib.
Mübahisənin ardından nazir onu müşayiət edən bəzi partiya üzvləri ilə salonu tərk edib.
Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan Millət İttifaqının sədr müavini və İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun Ərzurumda keçirilən mitinqində hücumla bağlı müxalifətin özünün təxribatlar törədərək Türkiyə şəhərlərini ləkələməyə çalışıdığını qeyd edib