BAKI,TurkicWorld
Türkiyə ilə Azərbaycan arasında hər hansı bir gərginliyin olub-olmaması ilə bağlı iddialara rəsmi Ankaradan aydın və qəti cavab verilib.
TurkicWorld xəbər verir ki, AK Partiya sözçüsü Ömər Çelik iki qardaş ölkə arasındakı münasibətlərlə bağlı mühüm açıqlamalar verərək bildirib: "Azərbaycanla 'bir millət, iki dövlət' şüarına sadiqik. Prezidentimiz ilə cənab Əliyev arasında səmimi və sarsılmaz qardaşlıq münasibəti mövcuddur".
Çelik iki dövlətin birliyinə kölgə salmaq istəyən dairələrə xəbərdarlıq edərək əlavə edib: "Araya girməyə çalışan bəzi ölkələrə qətiyyən imkan verməyəcəyik. Türkiyədə sosial şəbəkələrdə Azərbaycanı hədəf alan qrupların hökumətimizlə heç bir əlaqəsi yoxdur; bu cür təxribatçı cəhdlərə də əsla göz yummarıq".
AK Partiya sözçüsü vurğulayıb ki, Bakı ilə Ankara arasındakı bağları xarakterizə edən yeganə anlayış qardaşlıqdır və hər iki ölkə eyni sarsılmaz həmrəyliklə öz yoluna qətiyyətlə davam edəcək.
"TÜRKİYE İLE AZERBAYCAN ARASINA GİRMEYE ÇALIŞAN BAZI ÜLKELER VAR, KESİNLİKLE MÜSAADE ETMEYECEĞİZ" Türkiye ile Azerbaycan arasında herhangi bir gerilimin bulunup bulunmadığı merak ediliyor? AK Parti Sözcüsü Ömer Çelik: Azerbaycan'la 'iki devlet, tek millet' mottosuna bağlıyız. Cumhurbaşkanımız ile Sayın Aliyev arasında gerçek bir kardeşlik ilişkisi var. Araya girmeye çalışan bazı ülkelere kesinlikle müsaade etmeyeceğiz. Türkiye'de sosyal medyada Azerbaycan'ı hedef alan odakların hükümetimizle hiçbir ilgisi yoktur; bunlara da müsaade etmeyiz. Aramızdaki ilişkiyi ifade eden tek şey kardeşliktir; aynı dayanışmayla yolumuza devam edeceğiz.
— TV100 (@tv100) October 7, 2026







