Türkiyənın Ankara-Sivas Yüksək Sürətli Qatar Xətti ilk səfəri üçün Ankaradan hərəkətə keçib

Türkiyənın Ankara-Sivas Yüksək Sürətli Qatar Xətti ilk səfəri üçün Ankaradan hərəkətə keçib

Bakı, TurkicWorld:

Türkiyənın Ankara-Sivas Yüksək Sürətli Qatar Xətti ilk səfəri üçün Ankaradan hərəkətə keçib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu öz rəsmi sosial media hesabında bildirib.

Məlumata əsasən, qatarın dayanacaqlarının Kırıkkale, Yozgat və Sivas olacağı gözlənilir.

Qeyd edək ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul xətləri istifadəyə verilib. Nəhayət, 2022-ci ilin yanvar ayında Konya-Karaman xətti istifadəyə verilib.

Məlumat üçün bildirək ki, Ankara-Sivas Yüksək Sürətli qatar xəttinin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir.