Son dəqiqə

Türkiyə Adil Karaismailoğlu Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi

Türkiyədə İstanbul-Antalya yüksək sürətli qatar xətti inşa ediləcək - Adil Karaismailoğlu

Bakı, TurkicWorld:

Türkiyədə İstanbul-Antalya yüksək sürətli qatar xətti inşa ediləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

"714 kilometrlik yüksək sürətli qatar xətti ilə İstanbul və Antalya arasında yol 4 saat 45 dəqiqəyə enəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, A.Karaismailoğlu mayın 8-də Samsun-Trabzon-Sarp yüksək sürətli qatar xətti inşasına başlanması barədə məlumat verib.

Bundan əlavə, Türkiyənin dəmir yolunun ümumi uzunluğu 13 min 896 kilometrdir.

Məlumat üçün bildirək ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul, 2022-ci ilin yanvar ayında Konya-Karaman, 2023-cü ilin aprelin 26-da Ankara-Sivas yüksək sürətli qatar xətti istifadəyə verilib.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər