Bakı, TurkicWorld:
Türkiyənin Böyük İstanbul Tuneli 2028-ci ildə istifadəyə veriləcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Məlumata əsasən, ümumi uzunluğu 28 kilometr olan Böyük İstanbul Tuneli 13 stansiyadan ibarət olacaq. Gündəlik 1,3 milyon sərnişinə xidmət göstərəcək layihə bir istiqamətdə saatda 70 min sərnişin tutumuna malik olacaq. 6,5 milyon İstanbul sakininin yaşadığı bölgələrə xidmət göstərəcək marşrut 11 fərqli rels sistemi xətti ilə birləşdiriləcək.
Ləman Əsədli
Lamanasadli01