Zigana tuneli əhəmiyyətli bir logistika dəhlizidir – Adil Karaismailoğlu

Zigana tuneli əhəmiyyətli bir logistika dəhlizidir – Adil Karaismailoğlu

Bakı. TurkicWorld:

Türkiyənin Qaradəniz bölgəsində yerləşən, Trabzon-Gümüşhane istiqamətində açılacaq olan Zigana tuneli əhəmiyyətli bir logistika dəhlizidir.

TurkicWorld-un məlumatına görə bunu, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu öz açıqlamasında bildirib.

“Zigana tuneli mühüm logistika dəhlizidir. Avropanın ən uzun tuneli Gümüşhane ilə Trabzon arasındakı məsafəni 30 dəqiqəyə endirəcək. Yanacaq qənaəti, vaxta qənaət və vətəndaşların həyatını asanlaşdıracaq keyfiyyətli səyahət sayəsində istehsal artacaq” – deyə Karaismailoğlu qeyd edib.

Məlumat üçün qeyd edək ki, Türkiyə və Avropanın ən uzun, dünyanın isə üçüncü ən uzun tuneli Trabzon-Gümüşhane magistralında yerləşən Yeni Ziqana tunelinin mayın 3-də Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı olacaq.

Twitter: @rufizoglu