Bakı. TurkicWorld:
Türkiyə investisiyaları ilə dünyanın liderindən biri olacaq.
TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib.
"İstanbulu brend şəhərə çevirdik. Türkiyə bu sərmayələr və bu infrastrukturla dünyanın lider ölkəsi olacaq, buna heç kim şübhə etməsin.” – deyə Karaismailoğlu bildirib.
Nazir qeyd edib ki, son 21 ildə - İstanbul Hava Limanı, Yavuz Sultan Səlim Körpüsü, Marmaray, Avrasiya Tuneli kimi layihələr həyata keçirilib.