Son dəqiqə

Türkiyə Ədalət və İnkişaf Partiyası Adil Karaismailoğlu

AK Parti yüz ildə görüləcək işləri 21 ildə tamamladı - Adil Karaismailoğlu

Bakı, TurkicWorld:

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) yüz ildə görüləcək işləri 21 ildə tamamladı, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu deyib.

"Bugünkü Türkiyə 2002-ci ildəki Türkiyə ilə müqayisə belə edilə bilməz. Bu günə qədər AK Parti və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqımıza verdiyi bütün sözləri tutub. Seçkilərin ikinci turunda R.T.Ərdoğan daha yüksək göstərici ilə qələbə qazanacaq", - deyə Türkiyəli nazir əlavə edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli
Lamanasadli01

Mövzuya görə xəbərlər