Son dəqiqə

gimnastika

Digər alətlərlə çıxış etmək üçün Dünya Kuboku yarışlarının ikinci gününü gözləyirəm - Azərbaycanlı gimnast

Bakı. TurkicWorld:

Digər alətlərlə çıxış etmək üçün Dünya Kuboku yarışlarının ikinci gününü gözləyirəm.

Bu barədə TurkicWorld-a Bakı şəhərində keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunun iştirakçısı, azərbaycanlı idmançı İvan Tixonov deyib.

İvan Tixonov Dünya Kubokunda üç alətlə - gimnastika atında, paralel tirlər və köndələn tirlər üzərində hərəkətlərlə çıxış edir. Yarışların ilk günü gimnast paralel tirlərdə məşqlə çıxış edərək 13.400 bal qazanıb. İvan Tixonov hazırda 11-ci aralıq yer tutur.

"Bu gün məşqi "təmiz" etmək bir qədər alınmadı. Digər alətlərdə çıxış etmək üçün sabahı səbirsizliklə gözləyirəm. Məşqçi ümumlikdə kombinasiyanı əvvəldən sonadək yerinə yetirməyimdən razıdır. İndi Avropa çempionatına altı alətlə hazırlaşmalıyam, burada müxtəlif fənlər üzrə yarışları keçərək dünya çempionatına seçilmək imkanı olacaq", - azərbaycanlı idmançı vurğulayıb.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçiriləcək. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edəcək ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Bakı şəhərində keçirilən Dünya Kuboku üzrə dördgünlük yarışların ilk iki günü ixtisaslaşma mərhələləri, digər günlərdə isə finallar keçiriləcək və ayrı-ayrı gimnastika aparatlarında məşqlər üzrə qaliblər və mükafat sahibləri müəyyən olunacaq. Dördgünlük yarışların nəticələrinə əsasən ən yüksək bal toplamış gimnastlara həmçinin ənənəvi AGF Trophy Kuboku təqdim ediləcək.

Azərbaycanı yarışlarda Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edəcəklər.

Mövzuya görə xəbərlər