Azərbaycanlı gimnastlar beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

Azərbaycanlı gimnastlar beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar

Bakı. TurkicWorld:

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar.

TurkicWorld xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvləri Zəhra Cəfərova (böyüklər) və Şəms Müvəffəgi (gənclər), Qırğızıstanın Bişkek şəhərində keçirilən bədii gimnastika üzrə birinci "Kelechek" adlı beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar.

Belə ki, Zəhra Cəfərova çoxnövçülük və top kateqoriyalarında, Şəms Müvəffəgi çoxnövçülük, halqa, top, gürzlər və lent kateqoriyalarında qalib olub.