Gimnastlarımız Orta Avropa çempionatında iştirak edəcək

Gimnastlarımız Orta Avropa çempionatında iştirak edəcək

Bakı. TurkicWorld:

Noyabrın 16-da İtaliyanın Liqnano Sabbiadoro şəhərində Orta Avropa çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, yarışda iştirak edəcək “TeamGym” üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

4 gün davam edəcək mübarizədə ölkəmizi Mənsum Səfərov, Rəsul Əhmədzadə, Ramin Dəmirov, Elnur Məmmədov, Tofiq Əliyev, Aydın Əlizadə, Daniel Abbasov və Adil Hacızadə təmsil edəcək.

Qeyd edək ki, gimnastlarımız İtaliyaya bu gün yola düşüblər.

İdman.biz