Çevik Polis Alayına yeni komandir təyin edildi

Çevik Polis Alayına yeni komandir təyin edildi

Bakı. TurkicWorld

Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayına yeni komandir təyin edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ramil Piriyev alay komandiri təyin edilib.

Xatırladaq ki, Əlahiddə Çevik Polis Alayının komandiri Səhlab Bağırov iki gün öncə tutduğu vəzifədən azad edilərək başqa vəzifəyə təyin edilib.