Son dəqiqə

Daxili İşlər Nazirliyi Narkotik Polis DİN

Polis ötən gün 40 kiloqramdan çox narkotik vasitə aşkarlayıb

BAKI,TurkicWorld

Sentyabrın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 40,7 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin gün keçirilən tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Sentyabrın 18-də paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər zamanı 16 tüfəng, 6 patron darağı və 180 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

DİN-dən bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, eləcə də qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsinə qarşı əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Mövzuya görə xəbərlər