Son dəqiqə

Daxili İşlər Nazirliyi DİN

DİN antiterror tədbirlərindən real döyüş kadrları yayıb (VİDEO)

BAKI,TurkicWorld

Daxili İşlər Nazirliyi (DİN) antiterror əməliyyatında iştirakı ilə bağlı video yayıb.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnmiş tarixi prosesin mühüm mərhələlərindən olub.

Qeyd olunub ki, həmin döyüşlər zamanı DİN-in hərbi qulluqçuları və polis əməkdaşları qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetiriblər.

"Şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların əzmkarlığı Azərbaycanın Zəfər salnaməsində əbədi yer tutur", – paylaşımda vurğulanıb.

Mövzuya görə xəbərlər