Şəhid Orxan Əsgərovun cənazəsinin qarşılanması üçün fəxri qarovul dəstəsi düzülüb

Şəhid Orxan Əsgərovun cənazəsinin qarşılanması üçün fəxri qarovul dəstəsi düzülüb

Bakı. Trend

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilir.

Trend-in əməkdaşının verdiyi məlumata görə, şəhidin cənazəsinin qarşılanması üçün Heydər Əliyev hava limanında fəxri qarovul dəstəsi düzülüb.

O.Əsgərov sabah Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.