Orxan Əsgərovun dəfn mərasimində izdiham

Orxan Əsgərovun dəfn mərasimində izdiham

Bakı. TurkicWorld

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun dəfn mərasimi keçirilib.

TurkicWorld-in məlumatına görə, dəfn mərasimində izdiham yaşanır, vətəndaşlar kütləvi şəkildə mərasimdə iştirak edir. Dəfn mərasimində həmçinin nazirlər, eləcə də DTX rəisi Əli Nağıyev, Müdafiə naziri Zakir Həsənov, Müdafiə sənayesi naziri Mədət Quliyev və Daxili İşlər naziri Vilayət Eyvazov, millət vəkilləri və yüksək vəzifəli şəxslər iştirak edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Orxan Əsgərovun nəşi dünən axşam saatlarında Bakıya gətirilib və bu gün II Şəhidlər Xiyabanında dəfn edilib.