İranda diplomatik polisin səfirliyə hücum faktına müdaxilə etməməsi şübhələr yaradır - XİN rəsmisi

İranda diplomatik polisin səfirliyə hücum faktına müdaxilə etməməsi şübhələr yaradır - XİN rəsmisi

Bakı. TurkicWorld:

İranda diplomatik polisin səfirliyə hücum faktına müdaxilə etməməsi şübhələr yaradır.

TurkicWorld-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqdə deyib.

"Bu terrorun mütəşəkkil şəkildə həyata keçirildiyi bütün görüntülərdən aydındır", - deyə o əlavə edib.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.