Səfirliyin kamerası vasitəsilə İrandakı terror hadisəsinin gedişatı anbaan izlənilib - XİN

Səfirliyin kamerası vasitəsilə İrandakı terror hadisəsinin gedişatı anbaan izlənilib - XİN

Bakı. TurkicWorld:

Səfirliyin kamerası vasitəsilə terror hadisəsinin gedişatı anbaan izlənilib.

TurkicWorld-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqdə deyib.

O qeyd edib ki, terrorçu 4 dəqiqə ərzində səfirliyun binası içərisində əməkdaşlara çoxsaylı atəşlər açıb.

"Giriş qapısındakı polis növbətçisi hadisəyə nəinki müdaxilə etməyib, hətta postunu tərk edib", - deyə A.Hacızadə vurğulayıb.