Şəhid Orxan Əsgərovun atasının Cahit Bağcı ilə görüşü olub

Şəhid Orxan Əsgərovun atasının Cahit Bağcı ilə görüşü olub

Bakı. TurkicWorld:

"Beynəlxalq Əlillər Cəmiyyəti" (BƏC İB) və "Türk Dünyası Turan Düşüncə Mərkəzi" İB-nin sədri Tahir Xudiyevin dəstəyi ilə İran İslam Respublikasında yerləşən Azərbaycan səfirliyinə qarşı törədilən terror aktı nəticəsində şəhid olmuş Orxan Əsgərovun atası Rizvan Əsgərovun Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı ilə görüşü keçirilib.

TurkicWorld-in məlumatına görə, görüşün məqsədi şəhid atasının 2023-cü il 6 fevral, sabah saatlarında Türkiyə Cümhuriyyətində çoxsaylı insan tələfatına və dağıntılara səbəb olan dəhşətli zəlzələ ilə bağlı Türkiyə Cümhuriyyətinə başsağlığı verməkdən ibarət idi.

Qeyd etmək istərdim ki, Rizvan həkim BƏC İB-nin Türkiyə səfirliyi ilə sıx dostluq və qardaşlıq əlaqələrinin olduğunu bildiyi üçün BƏC İB-yə müraciət edərək onun cənab səfirlə görüşünü təşkil etməyi xahiş etmiş və Gəncədən xüsusən cənab səfirə başsağlığı vermək üçün Bakıya gəlib. Acılarımız, dərdimiz və sevincimiz də birdir - söyləyən şəhidi atası Rizvan həkim Türkiyə səfirliyinin rəhbəri cənab Cahit Bağcıya və Gəncə konsulluğunun əməkdaşlarına ağır və faciəli günündə onun yanında olduğu üçün ailəsi və öz adından minnətdarlığını bildirib.

Qeyd edək ki, "Əlillər Dünyası" qəzeti, "Beynəlxalq Əlillər Cəmiyyəti" və "Türk Dünyası Turan Düşüncə Mərkəzi" İB-nin kollektivi 2023-cü il axşam saatlarında qardaş Türkiyədə zəlzələ baş verən zaman 06 fevral səhər saat 9.00. da Türkiyə Dövlətinə və xalqına başsağlığı məktubu ünvanlamış, bu faciənin bütün Türk dünyasının faciəsi olduğunu qeyd etmişdir T.Xudiyev başsağlığı məktubunda onu da bildirmişdir ki, cəmiyyətimizin onlarla üzvləri zəlzələdən zərər çəkmiş ərazilərdə fiziki cəhətdən köməklik göstərməyə hazırdırlar.

Türkiyə səfiri cənab Cahit Bağcı Azərbaycan Dövlətinə, şəhid atası Rizvan müəllimə, BƏS İB-nin sədri T.Xudiyevə və hər bir Azərbaycan vətəndaşına dövlətinin bu ağır və çətin sınaq günündə göstərdiyi mehribançılıq, maddi və mənəvi dəstəyə görə Türk Cümhuriyyəti və öz adından təşəkkür etmişdir.