Bakı, TurkicWorld
Müstəqilliyinin bərpasının 33-cü ildönümündə qardaş Azərbaycanın bütün ərazisində, o cümlədən, işğaldan azad edilmiş Qarabağda keçirilən parlament seçkilərinin dinc və təhlükəsiz şəkildə başa çatması bizi çox sevindirir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "X" sosial media hesabındakı paylaşımında bildirilib.
"Ümid edirik ki, seçkilərin nəticələri və Milli Məclisin yeni tərkibi qardaş Azərbaycan xalqına və dövlətinə xeyirli olacaq", - deyə səfir əlavə edib.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri üzrə səsvermə prosesi 1 sentyabr saat 19:00-da başa çatıb. Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində seçici fəallığı 37,27 faiz təşkil edib. Sayılmış bülletenlərin sayı 2196771 olub.