Bakı. TurkicWorld
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilib.
TurkicWorld xəbər verir ki, tədbir Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Vətən uğrunda canlarından keçən Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu oxuyub.
Qeyd edək ki, tədbirdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov fəxri qonaq qismində iştirak edir. Həmçinin, qonaqlar arasında VI çağırış Milli Məclis deputatları, burada fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri və azərbaycanlı ictimai xadimlər yer alıblar.