Bakı, TurkicWorld
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
TurkicWorld xəbər verir ki, bu barədə səfir "X" sosial media hesabında paylaşım edib.
Azərbaycanın ulu öndəri, "Bir Millət İki Dövlət" şüarının banisi Heydər Əliyevi vəfatının 21-ci ildönümündə rəhmət və ehtiramla yad edirik", - deyə bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir.