Səfirliyə hücum zamanı yaralananlar təcili yardım maşınları ilə aparıldı

Səfirliyə hücum zamanı yaralananlar təcili yardım maşınları ilə aparıldı

Bakı. Trend:

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını gətirən təyyarə Bakıda hava limanına eniş edib.

Trend-in məlumatına görə, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilib. Bununla yanaşı səfirliyə hücum zamanı yaralanan şəxslər də Bakıya gətirilib. Onlar təcili yardım maşınları ilə təxliyyə olunub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.