Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunur

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunur

Bakı. TurkicWorld

Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib.

TurkicWorld-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda şəhid Orxan Əsgərov Bakıda İkinci Şəhidlər xiyabanında dəfn olunur.

Dəfndə dövlət rəsmiləri, şəhidin yaxınlar və digər şəxslər iştirak edirlər.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.