UNEC

UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin kollektivi Zəfər parkını ziyarət edib

Bakı, TurkicWorld
8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, başçının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, Rayon İcra Hakimiyyəti başçısının Aparatının şöbə müdirlərinin müavinləri – sektor müdirləri və əməkdaşları, bələdiyyə sədrləri, UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru, h.f.d., dos Davud Davudov, kollecin inzibati, müəllim və tələbə heyəti Zəfər parkını ziyarət ediblər.

Ziyarət zamanı xatirə abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad olunub.

Zəfər Gününün altıncı ildönümündə xalqımızın tarixi Qələbəsinin əhəmiyyəti, şəhidlərimizin qəhrəmanlığı və onların gələcək nəsillərə örnək olan Vətən sevgisi bir daha ehtiramla xatırlanıb.

Mövzuya görə xəbərlər