Son dəqiqə

Azərbaycan Premyer Liqası

“Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək - Premyer Liqa

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasının X turunda daha iki oyun keçiriləcək.

Saat 15:00-da "Şamaxı" "Neftçi"ni qəbul edəcək.

Hazırda "Neftçi" (9 oyun) 18 xalla turnir cədvəlinin üçüncü, "Şamaxı" (9 oyun) isə 13 xalla yeddinci pilləsində qərarlaşıb.

Saat 17:30-da isə "Kəpəz" "İmişli"ni qəbul edəcək. Bu komandalardan "Kəpəz" (8 oyun) 14 xalla altıncı, "İmişli" (9 oyun) isə 10 xalla səkkizinci pillədədir. Turnir cədvəlinə 20 xalla "Sabah" (9 oyun) liderlik edir.

Mövzuya görə xəbərlər