Son dəqiqə

Azərbaycan Azərbaycan Premyer Liqası

Azərbaycan çempionatında elektrik təchizatında problemə görə oyunun vaxtı dəyişdirilib

Bakı. TurkicWorld:

Azərbaycan Premyer Liqasında “Səbail” – “Kəpəz” matçının başlama vaxtı dəyişdirilib.

PFL-dən İdman.bizə verilən xəbərə görə, buna Bakı klubunun ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yaranması səbəb olub.

“Səbail”in müraciəti əsasında “Kəpəz” məlumatlandırılıb və əvvəlcədən 18:30-da başlanması nəzərdə tutulan oyunun 14:00-da başlanmasına qərar verilib.

Bundan əlavə, təşkilati məsələlər ilə bağlı XVI turun “Zirə” - “Araz Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib.

Qeyd edək ki, “Səbail” – “Kəpəz” oyunu ölkə çempionatının XIV turu çərçivəsində noyabrın 25-də olacaq. “Zirə” - “Araz Naxçıvan” görüşü isə dekabrın 8-də baş tutacaq.

İdman.biz

Mövzuya görə xəbərlər