Son dəqiqə

Azərbaycan Bakı Securex Caspian ADEX 2026 Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

BAKI,TurkicWorld

Sentyabrın 30-da "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə "Bakı Ekspo Mərkəzi"ndə üç gün davam edəcək sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri, digər əlaqədar qurumların nümayəndələri iştirak edirlər.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubunu oxuyub.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər