BAKI,TurkicWorld
Azərbaycan Təhlükəsizliyi Agentliyi Zaqatalada baş vermiş kütləvi zəhərlənmə ilə bağlı açıqlama yayıb.
Bu barədə qurumun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 29-da Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə rayon ərazisində yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.
Agentliyin əməkdaşları tərəfindən araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub. Bununla yanaşı, "Real" kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.







