Son dəqiqə

Azərbaycan Polşa

Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

BAKI, TurkicWorld

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nyu-Yorka səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

Polşa nümayəndə heyətinin rəhbəri, İnkişaf Fondları və Regional Siyasət Nazirliyinin dövlət katibi Yan Şişko ilə görüşdə Katovitsedə keçirilmiş WUF11-in irsi, eləcə də Bakıda təşkil olunan WUF13-ün nəticələrinin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi və qlobal miqyasda dayanıqlı şəhər inkişafına töhfəsi müzakirə edilib.

Tərəflər Azərbaycan və Polşa şəhərləri arasında mövcud olan beş qardaşlaşmış şəhər əlaqəsini yüksək qiymətləndirərək, bu əməkdaşlığın şəhərsalma, dayanıqlı inkişaf və yerli idarəetmə sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıblar.

Anar Quliyev bildirib ki, aparılan dialoq şəhərsalma sahəsində Azərbaycan və Polşa arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, həm ikitərəfli münasibətlər, həm də beynəlxalq platformalar çərçivəsində yeni birgə təşəbbüslərin irəli sürülməsinə təkan verəcək.

Mövzuya görə xəbərlər